Juninyodan trendə çevrilən VİDEOsu haqda etiraf: "Bəzən bu cür yeməklər yeyirəm"

7 Aprel 21:40 Qarabağ 1 864
Juninyodan trendə çevrilən VİDEOsu haqda etiraf: "Bəzən bu cür yeməklər yeyirəm"

“Neftçi”ylə oyundan əvvəl Juninyonun adı yenə sosial müzakirələrdə aktuallaşmışdı.

Lakin bu dəfə hansısa xarici klubdan təklif alması ilə bağlı yox, Bakıdakı çəkilmiş video ilə bağlıydı.

Xanımını Braziliyaya yola salam braziliyalı hücumçu qarnını doyurmaq üçün restorana yollanmayıb. O, paytaxt küçələrində görməyə alışdığımız dönər köşkünə baş çəkib.

Lavaşda dönər, yanında da “kola” alan Juninyo aclığını bu üsulla ört-basdır etməyə çalışıb.

Sözsüz, dönər yemək ayıb deyil. Azarkeşlərin müzakirə etdiyi mövzu “18 nömrə”nin dönəri restoranda yox, küçədə, ucuz qiymətə satılan yerdə yeməsiylə bağlı idi.

Səbəbkar “Neftçi”ylə oyundan sonra bir günün içində trendə çevrilən həmin videogörüntü ilə bağlı qısa açıqlama verib:

“Bəli, həmin görüntüdəki mənəm. Boş vaxtlarımda şəhərdə gəzməyə çıxanda bəzən bu cür yeməklər yeyirəm. Tez-tez baş verməsə də, hərdən olur. Burada qeyri-adi heç nə görmürəm”.

Maraq üçün bildirək ki, türk dönəri Avropada kifayət qədər məşhurdur ki, dünyaca ünlü futbolçular belə, bu “atışdırma”nın həvəskarıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI