"Mən çox yaxşı bilirəm ki, Benzia bunu bütün qəlbi ilə istəyirdi"

7 Aprel 00:50 Qarabağ 1 042
"Mən çox yaxşı bilirəm ki, Benzia bunu bütün qəlbi ilə istəyirdi"

“Lill”in yarımmüdafiəçisi Nabil Bentaleb Əlcəzair millisində komanda yoldaşı, "Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzianın performansından danışıb.

Sportinfo.az xəbər verir ki, “AfricaFootUnited”ə danışan Bentaleb Ağdam klubunun legioneri barədə xoş fikirlər səsləndirib:

"Benzia milli üçün vacib oyunçudur. Onun qayıdışı yaxşı xəbərdir.

Hamınız onun Boliviyaya (3:2) necə gözəl qol vurduğunu gördünüz. Onun adına çox xoşbəxtəm.

Çünki Yassin çətin dövr keçirdi. İndi o, öz formasına qayıdır və belə vəziyyətə qayıdışı onun üçün böyük hədiyyədir.

Mən çox yaxşı bilirəm ki, Benzia bunu bütün qəlbi ilə istəyirdi".

Bentaleb "Tottenhem", "Şalke", "Nyukasl", "Anjer"də oynayıb, 2014-cü ildən Əlcəzair millisinin üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti