Bəh-bəh… Azərbaycanda möhtəşəm qol - VİDEO

7 Aprel 00:30 Qarabağ 5 155
Bəh-bəh… Azərbaycanda möhtəşəm qol - VİDEO

Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ikinci matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə bitib. İlk qolu 7-ci dəqiqədə qonaqlardan Nir Bardea vurub.

15 və 40-cı dəqiqələrdə Yasin Benzianın dublu sayəsində Ağdam təmsilçisi fasiləyə üstün yollanıb.

69-cu dəqiqədə Toral Bayramov, 90-cı dəqiqədə isə Nəriman Axundzadə meydan sahiblərinin üstünlüyünü möhkəmləndirib.

Paytaxt klubunun ikinci hissədə yeganə qoluna 88-ci dəqiqədə Rüfət Abdullazadə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti