Azərbaycanlı məşqçidən "Qarabağ"la bağlı UĞURSUZ MÜQAYİSƏ

6 Aprel 22:20 Qarabağ 2 321
Azərbaycanlı məşqçidən "Qarabağ"la bağlı UĞURSUZ MÜQAYİSƏ

Adil Şükürova böyük hörmətim var.

Onun mövsümün gedişində gəldiyi "Kəpəz"də gördüyü işlər də təqdirə layiqdir.

Həqiqətən, qısa müddətdə yaxşı işlər görməyi bacardı.

Onun rəhbərliyi altında bölgə klubunun nəticələri yaxşılaşmmaqla bərabər, oyunu da xoşa gələndir.

Amma Şükürovun bir fikri ilə heç cür razılaşa bilmərəm.

Söhbət onun "Qarabağ"la oyundan sonra səsləndirdiyi ifadələrdən gedir.

İlk olaraq bildirmişdi ki, rəqiblər "Qarabağ"a qarşı daha sərt oynamalıdır.

İrad doğru olsa belə, etik deyil. Bu, həmkarların işinə müdaxilə, bir az da qabağa gedərək hörmətsilik olduğunu deməliyik.

Digər tərəfdən rəqiblər "Qarabağ" imkan verdəyi qədər meydanda mübarizə apara bilər/bilir. Məsələn, son oyunda "Kəpəz" 52 dəqiqə "Qarabağ"la yaxşı mübarizə apardı, döyüşdü. Amma sonrakı 17 dəqiqədə artıq hesab 5:0 idi. 17 dəqiqəni "Kəpəz" verilən "Otur yerində" mesajı kimi qəbul etmək olar. Bu cür sadə həqiqəti Şükürov bilməmiş olmamalıydı.

Və bu açıqlamadan bir neçə gün sonra mütəxəssis "Bakı", "Neftçi", "Xəzər Lənkəran", "Karvan", "Kəpəz", "Şəmkir", "Turan" kimi komandaların fonunda bəzən "Qarabağ" heç ilk "dördlüy"ə belə düşə bilmirdi" - deyə növbəti dolaşıq fikir səsləndirib.

Amma burada da çalışdırıcı tam ədalətli yanaşma göstərməyib. Açığı, buna bənzər fikirləri bəzi futbol adamlarından da ara-sıra eşidirik. Bir az faktlara göz atsaq, məncə, daha yaxşı olar...

Hörmətli Adil bəy, bəs adıçəkilən klublar indi olsaydılar hansı yerlərdə qərar tutacaqlardı?

Böyük ehtimal həmin klublar bugünkü "Qarabağ"ın kölgəsində qalmalı olacaqdı.

Həmin illərə qayıdası olsaq, yenə düzgün danışdığınızı demək olmaz.

Çünki "Xəzər Lənkəran"nın, "Bakı"nın, "Karvan"ın olduğu illərdə də "Qarabağ" özünü siz deyən qədər kölgədə aparmayıb.

İki dəfə Azərbaycan Kubokunu qazanıb. Birində ən yaxşı illərini yaşayan "Karvan"ı finalda məğlub edərək.

İki dəfə isə bürünc medal qazanılıb.

2009/2010 mövsümü komandanı çempionluqdan cəmi 2 xal ayırıb. Yalnız son turda "Neftçi" ilə matçda (0:0) qələbə qazanılmaması buna mane olub.

Və ən əsası elə həmin klubların dönəmində də "Qarabağ" Avropa arenasında adından söz etdirib.

İlk dəfə bu klubun avrokuboklarda mərhələlər keçməsi, pley-off-lar oynaması "Xəzər"in, "Bakı"nın, "İnter"in milyonlar dağıtdığı illərə təsadüf edir.

Əksinə, adıçəkilən klubların şansı onda gətirib ki, bu "Qarabağ"la eyni dövrə düşməyiblər. Yəqin ki, illər əvvəl qazandıqları titullara həsrət qalacaqdılar. Necə ki illərdi indiki klubların fonunda buna şahidlik edirik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti