"Qarabağ" rəsmisi Lunyovla bağlı qalmaqala "Sportinfo"da aydınlıq gətirdi

5 Aprel 21:00 Qarabağ 2 128
"Qarabağ" rəsmisi Lunyovla bağlı qalmaqala "Sportinfo"da aydınlıq gətirdi

"Qarabağ"ın idman direktoru Emrah Çelikel Sportinfo.az-a açıqlama verib.

Klub rəsmisi komandanın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnovun “RB Sport”a verdiyi qalmaqallı müsahibəsinə aydınlıq gətirib.

"İlk öncə onu deyim ki, bu günə qədər "Qarabağ"ın hansısa futbolçu ilə maaş problemi olmayıb. Bunu futbolçular da, agentlər də təsdiqləyə bilər.

Lunyovla bağlı isə ilk olaraq onu deyim ki, futbolçunun gələn yaya kimi "Qarabağ"la müqaviləsi var. Onunla anlaşma 1+1 şərti ilə imzalanıb. Müqaviləyə hansısa dəyişikliyin edilib-edilməməsi də klubun səlahiyyətində olan məsələdir.

Menecerin müsahibəsində klubdan şikayətlənməsi barədə də biz Lunyovun meneceri ilə danışdıq. Bildirdi ki, ortada anlaşılmazlıq olub. Çünki "Qarabağ"ın Lunyovla hər hansı danışığı olmayıb. Ola bilər ki, futbolçunun "Qarabağ"a keçidində vasitəçi olanlarla onun meneceri arasında hər hansı narahatçılıqlar olsun. Biz bunda tərəf deyilik. Hazırda qapıçı ilə müqaviləmiz var. Hər hansı rəsmi danışığımız da olmayıb".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti