Juninyo: “Eşitmişdim ki, guya “Neftçi” ilə...“

5 Aprel 20:00 Qarabağ 4 748
Juninyo: “Eşitmişdim ki, guya “Neftçi” ilə...“

“Qarabağ” ilk oyunda qazandığı parlaq qələbə ilə finalın qapılarını araladı.

“Köhlən atlar” ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında prinsipial rəqibi “Neftçi”yə göz açmağa imkan verməyərək 4:0 hesabı ilə qalib gəldi.

Vurulan 4 qolun heç birinə imzasını yazdıra bilməyən Juninyo Sportinfo.az-a müsahibəsində oyunla bağlı sualları cavablandırıb.

- Finala yüksəldiyinizi demək olar, yoxsa bu haqda danışmaq üçün tezdir?

- Xeyr, belə düşünmürəm. Hər oyunun özünəməxsusluğu var. Cavab oyunu da ağır olacaq. Ona hazırlaşmalıyıq.

- Sonluğun bu cür olacağını təxmin edirdin?

- Derbi derbidir. Hər kəs öz işini görməyə çalışır. Oyundan əvvəl hesab barədə düşünmürdüm açığı. Məqsədimiz qələbə qazanmaq idi ki, bunu bacardığımıza görə sevincliyik.

- Hücumçu olaraq bu gün meydanı qolsuz tərk etdin. Belə vəziyyət sənə necə təsir edir?

- Vacib olan nəticədir. Komanda olaraq istəyimizə çatdıq. Buna görə sevinirəm. Qol vurmaq vəziyyətdən asılıdır. Bu gün alınmadısa, heç nə olmaz. Növbəti oyunlarda vuraram.

- Yaxın günlərdə ata olmalısan. Övladın Bakıda dünyaya göz açacaq?

- Xanımım 20 gün olar Braziliyaya gedib. Uşaq orada doğulacaq.

- Ötən dəfə yayda başqa kluba keçidinlə bağlı soruşanda, menecerinin Bakıya gəldikdən sonra sənə məlumat verəcəyini demişdin. Agentin gəldi?

- Bu məsələdə yenilik yoxdur. Yəqin ki, mövsümün sonunda olacaq.

- “Neftçi”ylə oyunu derbi adlandırdın. 2021-ci ildən bu yana “Neftçi” “Qarabağ”ı uda bilmir. Bunu derbi adlandırmaq olar səncə?

- Gələndə elə eşitmişdim ki, guya “Neftçi”ylə “Qarabağ”ın oyunları derbi sayılır. Mən də onların dediyini deyirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI