"Qarabağ"ın məşhur şəxsindən sərt sözlər: "Əgər kişiliyin çatırsa..."

5 Aprel 15:00 Qarabağ 4 838
"Qarabağ"ın məşhur şəxsindən sərt sözlər: "Əgər kişiliyin çatırsa..."

“Neftçi” və “Qarabağ” arasında baş tutan son Azərbaycan derbisi qalmaqalla yadda qaldı.

Belə ki, “Qarabağ”ın “İmarət” azarkeş qrupu qarşılaşmanın gedişində isinmə hərkətləri üçün kənara gələn “Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayevi öncə fitə qonaq etdilərsə, ardınca çox ağır ifadə ilə onu təhqir etməkdən çəkinmədilər.

31 yaşlı yarımmüdafiəçi 18 il “atlılar”ın şərəfini qoruduqdan sonra ötən yay “Neftçi”yə transfer olunub.

Başverənləri Sportinfo.az-a şərh edən Aslan Kərimov da hər iki klubun şərəfini qoruyan tanınmış azərbaycanlı futbolçular sırasındadır.

Daha çox sabiq “Qarabağ”lı kimi xatırlanan veteran futbolçu azarkeşləri atdığı addıma görə kəskin qınayıb:

“İlk öncə onu deyim ki, azarkeşlər tərəfindən istənilən təhqirə qarşıyam. Təhqir yolverilməzdir.

Əgər bir azarkeş Qara Qarayevdən bu qədər nifrət edirsə, gedib həmin sözləri onun üzünə desin. Əgər deyə biləcəksə...

Tribunadakı azarkeşlərin içindən futbolçunu təhqir etmək doğru deyil. Bu, bizim ölkənin mədəniyyətinə də yaraşmır.

Biz görmüşük ki, özünə kişi deyən şəxs kimisə təhqir etməz. Kişiliyi çatırsa həmin adamın üzünə bunu desin.

Normal tənqidə isə bir söz deyə bilmərəm. Azarkeşlərin də öz yanaşması var.

Halbuki peşəkar futbolda Qaranın atdığı addımın oxşarı ilə tez-tez rastlaşırıq. Yəqin ki, o da asanlıqla "Qarabağ"dan ayrılıb "Neftçi"yə keçmək istəməzdi.

İşin içini bilmədən danışmaq düzgün deyil. Amma Qaranın “Qarabağ”da ehtiyatda qalmaqdansa, başqa yerdə oynamağı seçməsi normaldır.

Onun içində daim oynamaq həvəsi olub və bu istəklə klubdan ayrılıb. Onu başa düşmək lazımdır.

Məncə, onun yerində həmin azarkeşlər də olsaydı oxşar addımı atardılar. Azarkeşlər hər zaman yalnız öz komandasını dəstəkləyir.

Amma biz klubunu dəyişən futbolçunu elə həmin klubun azarkeşləri tərəfindən tribunaya çağırıb, alqışladığını görmüşük. Belə nümunələr dünya futbolunda da çoxdur”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti