Azərbaycan Premyer Liqasındakı film kimi söhbətlərin nöqtəsini yenə "Qarabağ" qoydu!

6 Aprel 20:00 Qarabağ 1 241
Azərbaycan Premyer Liqasındakı film kimi söhbətlərin nöqtəsini yenə "Qarabağ" qoydu!

"Qarabağ"a 2023/24 mövsümü çətin olacaq.

Ötən mövsüm adından söz etdirən "Sabah" bu il çempionluğa əsas namizəddir.

Adrian Mutunu gətirən, transferləri vitrinə ard-arda düzən "Neftçi" qarşısıalınmaz olacaq.

Mövsümün əvvəli yuxarıdakı söhbətlər çox danışılır, müzakirə olunurdu.

Və hətta "Qarabağ" heyətini yetəri qədər gücləndirmədiyi üçün tənqid hədəfində idi. Son illər alışdığımız mənzərə...

Hələ "Zirə"nin ardıcıl qələbələrdən sonra ilk pillədə yer almasına "Lester" nümunəsi" - deyənlər belə vardı.

Və bu da film kimi söhbətlərin sonu.

Qurban Qurbanovun komandası sona nə az, nə çox 8 tur qalmış bütün proqnozları, iddiaları alt-üst edərək növbəti çempionluğuna qovuşdu.

Ən yaxın rəqibi olan "Neftçi"ni 26 xal qabaqlayaraq.

Ən yaxın rəqibindən 42 qol artıq vuraraq. Son 8 turda hansı fərq yaranacaq Allah bilir.

Buna əylənə-əylənə, gəzə-gəzə qazanılan çempionluq desək daha doğru olar.

Təbii ki, bu cür sadə görünən uğurun arxasında böyük əmək, məsuliyyət və dəmir intizam dayanır.

Bu şərtlər altında liqaya adaptasiya olmaq, boşluqlarda itib-batmamaq çempionluğun açarıdır.

Qurbanovlu "Qarabağ" isə hələ uzun müddət həmin açarı kiməsə vermək fikrində deyil.

Ən yaxşı halda mövsümün əvvəli bu yöndə pafos, iddia, fərziyələr səslənə bilər. Aqibət isə ortadadır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti