"Qarabağ"lı ayın ən yaxşı futbolçusu adına namizədlər arasında - Öz ölkəsində

5 Aprel 02:10 Qarabağ 458
"Qarabağ"lı ayın ən yaxşı futbolçusu adına namizədlər arasında - Öz ölkəsində

“Qarabağ”ın legioneri Yassin Benzia ölkəsi Əlcəzairdə ötən ayın ən yaxşı oyunçusu adına namizədlər sırasında yer alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Əlcəzair mətbuatı məlumat yayıb.

Siyahıda 30 yaşlı yarımmüdafiəçi ilə yanaşı, Niderland “Vitess”indən Anis Hac Mussa və İngiltərə “Vulverhempton”undan Rayan Ayt Nuri də var.

Qalib aprelin 7-də azarkeşlər arasında keçirilən səsvermədə müəyyənləşəcək. Qalibə “Fennec du mois” mükafatı təqdim olunacaq.

Yassin Benzia Əlcəzair millisinin “FIFA series” turniri çərçivəsində Boliviya və Cənubi Afrika Respublikasına qarşı keçirilən matçlarda ümumilikdə 3 qol vurub. və 1 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti