Butsılarını soyundu, "Qarabağ"a sayğı göstərdi: "Geri çəkilmək vaxtım gəldi" - FOTO

5 Aprel 01:10 Qarabağ 3 925
Butsılarını soyundu, "Qarabağ"a sayğı göstərdi:  "Geri çəkilmək vaxtım gəldi" - FOTO

“Qarabağ”ın keçmiş legioneri Tarik Elyunissi karyerası ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, norveçli aktiv futbolçu karyerasını başa vurub.Bununla bağlı instaqram səhifəsində paylaşım edən Elyunissi legioner həyatı yaşadığı ölkələrin dilində təşəkkür edib.

Bununla yanaşı, oynadığı müxtəlif klubların formasında fotolarını paylaşmağı da unutmayıb:

“Hər şeyin bir sonu var. Artıq geri çəkilmək vaxtım gəldi. Bu, xüsusi bir imtiyaz oldu. Gözəl oyunun mənə verdiyi hər şeyə görə inanılmaz dərəcədə minnətdaram!".

36 yaşlı sabiq yarımmüdafiəçi “Fredrikstad”, “Heerenven”, “Lillestrom”, “Rosenborq”, “Hoffenhaym”, “Olimpiakos”, AİK, “Şonan Bellmare”də oynayıb.

O, 2017/2018 mövsümündə “Olimpiakos”dan (Yunanıstan) “Qarabağ”a icarəyə verilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti