Azərbaycanı sevincə boğan və ya bir həftəyə böyüyən Nərimandan SƏMİMİ FOTOLAR

23 Fevral 2024 01:00 Qarabağ 689
Azərbaycanı sevincə boğan və ya bir həftəyə böyüyən Nərimandan SƏMİMİ FOTOLAR

Xəbər verdiyimiz kimi, “Qarabağ" Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı mübarizədən kənarlaşdıraraq tarixi nəticə əldə edib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubuna ümumi hesabda qələbə qazandıran qola 120+2-ci dəqiqədə Nəriman Axundzadə imza atıb.

Matçdan sonra Qurban Qurbanovun gənc futbolçusunu qucaqlaması diqqətdən qaçmayıb.

Portuqaliyada keçirilən ilk matçda Nəriman qola yaxın olsa da, əlinə düşən fürsətdən yararlana bilməmiş və bu səbəbdən oyundan sonra ağlamışdı.

Qurban Qurbanov həmin matçdan sonra gənc hücumçu barədə demişdi:

“Nərimanla ayrılıqda danışmamışam. Paltardəyişmə otağına gələndə də onu görmədim.

Yəqin ki, gizlənirdi. Deyəsən, hətta oyunda da ağlayırdı.

Fikri o epizodda qalmışdı. Əgər məsələyə bu cür yanaşdısa, deməli, çox böyük məsuliyyət dərk edir.

Mən buna ancaq sevinirəm. Bəlkə də o qolu vursaydı, daha gec böyüyərdi.

Məncə, indi daha çox böyüyəcək, öz üzərində işləyəcək. Mütləq onunla danışacağam. Hər şey pozitiv notlarla yekunlaşacaq”.

Fotolar: Xəyal Vəlizadə

bir-hefteye-boyudu




Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti