COP29

Görəsən, "Qarabağ"ın "1 nömrə"sinin şəxsi problemləri var? - VİDEO

22 Fevral 20:40 Qarabağ 831
Görəsən, "Qarabağ"ın "1 nömrə"sinin şəxsi problemləri var? - VİDEO

"Andrey Lunyov "Braqa" ilə oyunda inamsız görünürdü".

Bu açıqlama ilə futbol eksperti Emin Abbasov çıxış edib.

O, rusiyalı qapıçının son vaxtlar "Qarabağ"a yarrdımçı olmadığını, çoxsaylı qollar buraxdığını xatırladıb.

Qeyd edib ki, sabiq "Bayer"li mövsümün əvvəlindəki formasından çox uzaqdır və Avropa Liqasının pley-off mərhələsinin ilk matçında da "köhlən atlılar"ın ən "zəif bənd"i olub.

Lunyovun topa çıxışlarda ləng qaldığını, zərbələrə düzgün reaksiya vermədiyini söyləyən E.Abbasov deyib ki, bunun səbəblər araşdırılmalıdır. Sözügedən kiperin hansısa problemlərinin yaranmasını istisna etməyən ekspert söyləyib ki, gedişat yaxşı nəsə vəd eləmir.

Müsahib vurğulayıb ki, Rusiya yığmasının üzvü nəyəsə arxayın olmamalı, öz üzərində çalışmalı, səhvlərini aradan qaldırmalıdır, əks halda, "Qarabağ"a heç bir faydası dəyməyəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"