Qurban Qurbanov: “Prezident bizə hər zaman qalib komanda kimi qiymət verir”

22 Fevral 2024 00:30 Qarabağ 590
Qurban Qurbanov: “Prezident bizə hər zaman qalib komanda kimi qiymət verir”

“Şadam ki, zəhmətimiz qiymətləndirilir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliya mətbuatına açıqlamasında deyib.

Qurbanov 2008-ci ildən “Qarabağ”a başçılıq edir. 52 yaşlı mütəxəssis dövlətin komandaya münasibətini xüsusi vurğulayıb:

“Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə komandamızı qəbul edib.

Xüsusilə avrokuboklarda hakimlərin ədalətsiz qərarlarına görə məğlub olduğumuz dönəmdə. Prezident bizə hər zaman qalib komanda kimi qiymət verir.

Azarkeşlər və ekspertlərdən də tərif eşidirik. Bunun nəticəsidir ki, işimi sevə-sevə görürəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti