Qurban Qurbanov Portuqaliya mediasına danışdı: "Hər şey ola bilər"

21 Fevral 2024 11:20 Qarabağ 4 081
Qurban Qurbanov Portuqaliya mediasına danışdı: "Hər şey ola bilər"

“Braqa” son illərdə xeyli inkişaf edib”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “ojogo.pt” saytına açıqlamasında deyib.

52 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Braqa” kimi güclü komanda ilə üz-üzə gəldikləri üçün xoşbəxt olduğunu bildirib:

“Rəqib sürətli, parlaq və cəlbedici futbol nümayiş etdirir. Texniki cəhətdən çox yaxşıdırlar. Azarkeşlər üçün möhtəşəm oyun alınacaq”.

Avropa Liqasının pley-off mərhələsində ilk dəfə çıxış etdiklərini xatırladan 52 yaşlı mütəxəssis bunun komandaya yeni təcrübə qazandıracağını vurğulayıb:

“Oyuna böyük məsuliyyətlə yanaşırıq. Rəqibin heyətində matçın taleyini dəyişə biləcək futbolçular var.

Azərbaycan futbolunun nüfuzunu artırmaq istəyirik. Bu, idmandır, hər şey ola bilər. Komandama güvənirəm”.

“Munisipal” stadionunda keçirilən “Braqa” - “Qarabağ” oyun təmsilçimizin 4:2 hesablı qələbəsiylə bitib. Cavab görüşü fevralın 22-də Bakıda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti