"Heç kim məğlub olmaq istəmir, “Qarabağ”ı keçəcəyimizə inanırıq"

21 Fevral 2024 02:50 Qarabağ 907
"Heç kim məğlub olmaq istəmir, “Qarabağ”ı keçəcəyimizə inanırıq"

“Növbəti oyunlarda özünəinamı qaytarmaq baxımından bu qələbə çox vacib idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Braqa"nın futbolçusu Joze Fonte Portuqaliya çempionatının XXII turunda "Farense" klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyunu haqda deyib.

41 yaşlı müdafiəçi bu matçda qazanılan qalibiyyətin gələcək oyunlar üçün stimul olduğunu bildirib:

“İstəyimiz son zamanlar əldə olunan uğursuz nəticələrdən sonra azarkeşləri sevindirmək idi. Əlbəttə, heç kim məğlub olmaq istəmir. Bütün oyunlarda qələbə qazanmaq da mümkün deyil”.

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab görüşünə də toxunan təcrübəli oyunçu əlavə edib:

“Növbəti mərhələyə vəsiqə qazanmaq üçün qarşımızda çətin vəzifə var. Ancaq “Qarabağ”ı məğlub edəcəyimizə və mərhələ adlayacağımıza inanırıq. Bütün diqqətimizi bu oyuna yönəltmişik”.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti