“Artıq diqqətimizi Bakıya yönəltmişik. 2:4 hesabı ilə məğlub olsaq da, səfərdə bunun əvəzini çıxacağıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Braqa”nın baş məşqçisi Artur Jorje “Qarabağ”la keçiriləcək cavab oyunu haqqında danışarkən deyib.
O bildirib ki, onun seçimləri “Qarabağ”la oyuna təsir edəcək:
“Biz uğur qazanmağımıza kömək ola biləcək oyunçuları seçdik. Çempionatda “Farense” üzərində qələbə inam və motivasiyanı artırmaq üçün vacib idi”.
Təcrübəli məşqçi qeyd edib ki, hazırda bütün diqqəti “Qarabağ” a yönəldiblər : “Bərabərliyi bərpa etmək üçün son dəqiqəyə qədər mübarizə apararacağıq”.
“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

