"Qarabağ"ın hücumçusu düzünü söylədi: "Mən bunu gözləmirdim"

20 Fevral 2024 11:20 Qarabağ 915
"Qarabağ"ın hücumçusu düzünü söylədi: "Mən bunu gözləmirdim"

"Çox xoşbəxtik. Buraya müsbət nəticə qazanmağa gəlmişdik. Hər şey istədiyimiz kimi alındı".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Juninyo Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə oyun haqda deyib.

4:2 hesabı ilə qalib gəldikləri oyunda qollardan birini vuran braziliyalı artıq cavab oyununa köklənməli olduqlarını bildirib:.

"Açığı, bu hesabı gözləmirdim. Amma qələbə qazanacağımızı bilirdim.

Bakıda azarkeşlərimizin qarşında eyni istəklə oynayacağıq və növbəti qələbə üçün meydana çıxacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti