Adını "Qarabağ"ın tarixinə yazdı, məşhur klubla anlaşdı - FOTO

20 Fevral 2024 02:00 Qarabağ 7 951
Adını "Qarabağ"ın tarixinə yazdı, məşhur klubla anlaşdı - FOTO

"Qarabağ"ın sabiq legioneri Pedro Enrike karyerasında dəyişiklik edib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi “İnternasyonal”dan ayrılaraq Braziliyanın başqa klubuna keçib.

O, "Korintians"la müqavilə imzalayıb.

33 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Sürix”, “Renn”, PAOK, “Astana”, “Kayserispor”, “Sivasspor” kimi komandaların formasını geyinmişdi.

Enrike “Qarabağ”ın tarixində Çempionlar Liqasının qrup mərhələsində ilk qolu vurmuş futbolçudur.

O, 2017/2018 mövsümündə “Roma” (1:2) ilə Bakıda keçirilmiş görüşdə qol vurmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti