UEFA Qurban Qurbanovun xəbərdarlığını hər kəsə çatdırdı

20 Fevral 2024 01:00 Qarabağ 14 464
UEFA Qurban Qurbanovun xəbərdarlığını hər kəsə çatdırdı

UEFA-nın rəsmi saytı "Qarabağ" haqda yazıb.

Sportinfo.az xəbər verir ki, yazıda Azərbaycan təmsilçisinin "Braqa" ilə səfər matçında möhtəşəm performans göstərdiyi qeyd olunub:

"Qarabağ"ın arzusu davam edir

“Qarabağ” 8-ci cəhdində bu mövsüm Avropa Liqasının qrup mərhələsini ilk iki pillədə başa vurdu və ilk pley-off matçı heç vaxt təsəvvür edə bilməyəcəyi qədər yaxşı keçdi.

Çünki onlar "Braqa"ya qalib gəlmək üçün möhtəşəm performans göstərdilər və Portuqaliyada 4:2 hesablı qələbə qazandılar.

Azərbaycanda cavab oyununda onların görəcəyi çox iş var. "Atlılar" klub tarixində ilk dəfə 1/8 final mərhələdinə yüksəlmək arzusundadır.

Komandanın baş məşqçisi Qurban Qurbanov xəbərdarlıq edib: “Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq. "Braqa" kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti