Açıqlama verdi, "meydan oxudu", "Qarabağ"ı qıcıqlandırdı

20 Fevral 2024 00:30 Qarabağ 1 588
Açıqlama verdi, "meydan oxudu", "Qarabağ"ı qıcıqlandırdı

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" Portuqaliya Premyer Liqasının 22-ci turunda doğma meydanda "Farense"ni 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, komandanın qələbə qolunun müəllifi olan Şer Ndur açıqlama verib.

19 yaşlı yarımmüdafiəçi artıq "Qarabağ"la oyuna hazırlaşmalı olduqlarını bildirib:

"İndi dincəlmək, məşq etmək və "Qarabağ"la oyuna hazırlaşmaq vaxtıdır. Biz hər şeyi xeyrimizə çevirmək və növbəti mərhələyə keçmək üçün lazım olan hər şeyə sahibik.

Qələbə ruhunu qaytarmaq vacib idi. Hamımız sona qədər birlikdə əziyyət çəkdik və bu, belə də davam edəcək".

"Qarabağ" Portuqaliyada keçirilən ilk oyunda "Braqa"nı 4:2 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü 22 fevral tarixində Bakıda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti