Avropanın məşhur KİV-ləri "Qarabağ"ın bu qolunu paylaşır - VİDEO

19 Fevral 2024 01:50 Qarabağ 965
Avropanın məşhur KİV-ləri "Qarabağ"ın bu qolunu paylaşır - VİDEO

"Braqa" - "Qarabağ" matçında (2:4) Abdullah Zubirin vurduğu qol dünya mətbuatında gündəm olub.

Sportinfo.az xəbər verir ki, 54-cü dəqiqədə Yassin Benzia cərimə zərbəsini yerinə yetirib.

Bu epizodda zərbənin qarşısını almaq üçün "Braqa"nın bir oyunçusu — Viktor Qomez yerə uzanıb.

Bu oyunçu Benzianın zərbəsinin qarşısını almaq əvəzinə "Qarabağ"ın 2-ci qolunun qeydə alınmasında pay sahibi olub.

Belə ki, Zubir Qomezin sayəsində oyundankənar vəziyyətə düşməyib və vurduğu qol qeydə alınıb.

Beləliklə, "Braqa" qaş düzəltmək istəyəndə vurub göz çıxarıb. Bu epizod "The Sun", "Talk Sport" kimi məşhur nəşrlərdə gündəm olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti