"Spartak"ın (Moskva) sabiq müdafiəçisi Eduard Mor “Qarabağ”ın Avropa Liqasının ilk pley-off matçında “Braqa” üzərində səfərdə qazandıqları qələbəni (4:2) şərh edərkən ağdamlıların qapıçısı Andrey Lunev haqda danışıb.
Sportinfo.az xəbər verir ki, “Матч ТВ”yə danışan rusiyalı Ağdam klubunun əsas qolkiperi barədə bunları deyib:
"Başa düşdüyümə görə, Lunyov “Qarabağ”a məhz avrokuboklarda oynamaq üçün yollanıb. Fikrimcə, uğurlu oyunlardan sonra ona Rusiya klublarından təkliflər gələcək.
Düşünürəm ki, geri qayıdacaq, yüksəlişdə olacaq. “Qarabağ”ın “Braqa”ya 4:2 qalib gəlməsi əsl sensasiyadır".
46 yaşlı veteran futbolçu “Spartak”, “Ximki”, “Torpedo” da oynayıb.

