"Braqa" Bakıda evdəkindən daha rahat çıxış edəcək"

21 Fevral 2024 23:00 Qarabağ 814
"Braqa" Bakıda evdəkindən daha rahat çıxış edəcək"

"Qarabağ"dan səfər oyununda surpriz gözləyirdik. Məsələn, mən düşünürdüm ki, bərabərlik "Qarabağ" üçün yaxşı hesab ola bilər.

Amma "Qarabağ"ın 2 top fərqi ilə qələbə qazanması gözlənilməz oldu".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Braqa"nı məğlub etdiyi qarşılaşma (4:2) haqqında danışarkən deyib.

Təcrübəli mütəxəssis parlaq qələbənin təsadüfi olmadığını sözlərinə əlavə edib:

"Oyuna baxdıqda demək lazımdır ki, təmsilçimiz nəticəni haqq etdi. Həmin gün "Qarabağ" rəqibə heç bir şans vermədi. Bütün komponentlərdə üstün tərəf idi".

Lakin Əsədov ilk oyundakı yaxşı oyun və yaxşı nəticəyə rəğmən cavab görüşündə də çətin oyun olacağını dilə gətirib:

"Lakin qazanılan qələbə arxayınçılığa səbəb olmamalıdır. Burda da çətin oyun gözləyir.

Nəzərə alaq ki, "Braqa" üçün itiriləcək nəsə yoxdur. Bu baxımdan evdəkindən daha rahat çıxış edəcək. İlk matçda təzyiq vardı.

Bu dəfə tam riskə gedəcəklər. Təbii ki, "Qarabağ"ın da evdə yaxşı çıxış etdiyini unutmaq olmaz.

Əlavə olaraq böyük azarkeş dəstəyini hiss edəcək. Məncə, şanslar hazırda "Qarabağ"ın tərəfindədir.

Ümid edirik ki, ordakı oyunun davamını gətirməklə "Qarabağ" növbəti mərhələyə adlayacaq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti