“Qarabağ” “Braqa” üzərində möhtəşəm zəfərlə həftənin futbol nəticələrinə damğa vurdu.
Dünyanın hər yerində Azərbaycan çempionunun qələbəsindən yazılır, 4:2 hesabı xüsusi başlıqlarla çatdırılır.
Xarici mətbuata nəzər yetirməklə həmkarlarımızın “köhlən atlar”ın möhtəşəm qalibiyyətinə necə yanaşdığına nəzə saldıq.
Rusiya
Sport-ekspress: “Lunyovlu “Qarabağ” Portuqaliyada “Braqa”ya şok yaşatdı”.
Championat: “Lunyov oynadı, Zubir dubl etdi, “Qarabağ” “Braqa”ya 4 qol vurdu”.
Matç TV: “Nə yaxşısan “Qarabağ”! Oğlanlar səfərdə “Braqa”nı yox etdilər, şans yeri qoymadılar”.
Ukrayna
Ua-football: “Braqa” – “Qarabağ” – 2:4 – Qarabağın “atlılar”ı Avropa futbolunu təəccübləndirir”.
Sport: “Qarabağ” Braqada həftənin sensasiyasına imza atdı”.
Türkiyə
NTV Spor: “Azərbaycan təmsilçisi “Qarabağ” “Braqa”nı səfərdə 4:2 hesabı ilə məğlub etməklə adını həftəyə yazdırdı”.
Sporx: “Qarabağ” Portuqaliyada 4 qollu şou göstərdi”.
Milligazete: “Qarabağ” səfərdə “Braqa”nı dağıtdı”.
İtaliya
La Gazzetta dello Sport: “İnanılmaz! “Braqa” - “Qarabağ” – 2:4”.
İspaniya
Mundo Deportivo: “Gecənin sensasiyası Braqada qeydə alındı”.
Çin
Chinadaily: “Qarabağ” səfər oyununda “Braqa”nı çaşdırdı – 4:2”.
ABŞ
Beinsports: “Amansız “Qarabağ” “Braqa”nı darmadağın etdi”.
Portuqaliya
Record: “Braqa” şokda! Ümid Bakıya qaldı”.
HƏBİB / SPORTİNFO.AZ

