“Qarabağ” Portuqaliyadan Bakıya dönüşünü səbrsizliklə gözləyən azarkeşlər var idi.
“Braqa” üzərində 4:2 hesablı parlaq qələbənin ertəsi, cümə günü hava limanına yollanan fanatlar çıxış qapılarının önündə futbolçuların yolunu gözləyirdi.
Bir çoxu şəkil çəkdirmək həvəsindəydi. Lakin bir azarkeş hazırlatdığı xüsusi portretləri iki nəfərə təqdim etmək üçün gəlmişdi.
Birini Elvin Cəfərquliyevə, digərini Marko Yankoviçə. Elvinlə bağlı planı baş tutdu. Hədiyyəsini verdi, üstəlik, xatirə şəkli də çəkdirdi. Həmin an gənc azarkeşin sevincini görməyə dəyərdi.
İş Markoya çatanda... “8 nömrə” portreti götürməkdən imtina etdi. Səbəbini izah etməsə də, cavab qarşılaşmasından sonranı nişan verdi. Ki, “Braqa” ilə oyundan sonra gələrsən, həm hədiyyəni, həm də hədiyyəni qəbul edərəm.
Çox güman, bu, monteneqrolu yarımmüdafiəçinin səbrli davranmaq istəyinə görəydi. Yəni, hələ heç nə etməmişəm. Mərhələni adlayaq, hədiyyəni sonra qəbul edim.
Yankoviçin bu addımına alqış düşür, ya yox, qərarı siz verin.
HƏBİB / SPORTİNFO.AZ

