"Qarabağ" 1,2 milyon avro və TV-dən gəlir əldə edəcək - "Braqa"nın qiyməti

18 Fevral 2024 09:25 Qarabağ 2 075
"Qarabağ" 1,2 milyon avro və TV-dən gəlir əldə edəcək - "Braqa"nın qiyməti

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Braqa"nı səfərdə 4:2 hesabıyla üstələdi.

Sportinfo.az xəbər verir ki, bu mərhələdə qələbəyə görə klubun şəxsi balansına xallar yazılmır.

Hesabında 31,000 əmsal olan "köhlən atlar" UEFA-nın klub sıralamasında 60-cı sırada qərarlaşıb.

Ağdam təmsilçisi ölkəmizin xeyrinə 2 və ya 0,5 əmsal əlavə edib. Bununla hesabında 19,625 əmsal olan Azərbaycan Slovakiyanı geridə qoyaraq, 27-ci sıraya yüksəlib.

"Qarabağ" bu mərhələni keçsə, 1,2 milyon avro (2 milyon 194 min 800 manat) qazanacaq. Bundan əlavə, TV gəliri də əldə edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti