“Qarabağ”da yeni təyinat rəsmiləşib.
Nail Kərimov klubun futbol akademiyasının uğurları üçün çalışacaq. Bir həftə əvvəl işə başlayan futbol funksioneri akademiyanın meneceri təyin olunub.
Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. 2006-24-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
Onun təyinatı ilə bağlı ilk xəbəri saytımız tirajlayıb. Təxminən 10-12 gün öncə informasiyanı oxucularımızın diqqətinə çatdırmışdıq. Kərimov yeni iş yerində texniki işlərə cavabdehlik daşıyacaq.
“Qəbələ”nin sabiq funksioneri bura İdarə Heyətinin üzvü Asif Əsgərovun təqdimatı ilə gəlib. Halbuki ona başqa bir klubdan - “Sabah“dan da təklif gəlib. O, şəxsi münasibətlərə görə Ağdam təmsilçisini seçib.
SPORTİNFO.AZ

