UEFA: "Qarabağ" çox çətin tapşırığı həll etməli olacaq"

17 Fevral 2024 00:40 Qarabağ 4 379
UEFA: "Qarabağ" çox çətin tapşırığı həll etməli olacaq"

UEFA-nın rəsmi saytı Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Braqa”nı ” (4:2) məğlub etməsindən yazıb.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytı “Qarabağ”ın rəqibini darmadağın etməsini parlaq qələbə sayıb.

“Abdullah Zubirin dublu “Qarabağ”ın Portuqaliyada qələbə qazanmasına kömək etdi. Marko Yankoviç penaltini dəqiq yerinə yetirərək hesabı açdı.

Fasiləyə az qalmış künc zərbəsindən sonra Simon Banza hesabı bərabərləşdirdi.

İkinci hissədə “Qarabağ” rəqibin müdafiəsini darmadağın etdi – Zubir iki, Juninyo isə daha bir qol vurdu. Lakin cavab matçında çox çətin tapşırığı həll etməli olacaqlar”.

“Qarabağ” və “Braqa” arasında cavab matçı fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti