“Qələbə gözləyirəm, bunu arzulayırıq və istəyirik” - "Qarabağ"ın direktoru

16 Fevral 2024 23:20 Qarabağ 1 361
“Qələbə gözləyirəm, bunu arzulayırıq və istəyirik” - "Qarabağ"ın direktoru

"Qarabağ"ın direktoru Emrah Çelikel Avropa Liqasının pley-off mərhələsində səfərdə "Braqa"ya qalib gəldikləri oyunla bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, Portuqaliya klubunu səfərdə belə hesabla məğlub etməyin gözəl nəticə olduğunu bildirib:

"Çox sevincliyik, gözəl nəticədir. Səfərdə 4:2 hesablı qələbə hamımızın ürəyincə oldu.

Bundan sonra təmkinli, diqqətli olmalıyıq. Cavab matçında daha çox dəstək lazımdır. Bu gün sevincliyik, amma sabahdan hazırlıqlara başlamalıyıq".

E.Çelikel komandalar arasında Bakıda keçiriləcək cavab oyununun daha çətin olcağını qeyd edib:

"Artıq komandalar bir-birini tanıyır. Qurban müəllim indi daha məlumatlıdır.

Onu bilirəm ki, təmkinli olmalıyıq. Bakıdakı oyundan da qələbə gözləyirəm.

Bunu arzulayırıq və istəyirik. Hamı kimi əlimizdən gələni edəcəyik".

"Qarabağ" ilə "Braqa" arasındakı cavab görüşü fevralın 22-də Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti