“Sərhədçi” İdman Kompleksində yerləşən futbol meydançası təmirə bağlanıb.
Ötən ildən idman qurğusunu icarəyə götürən "Qarabağ"ın rəhbərliyi bu addımı atıb
Son zamanlar akademiyanın fəaliyyətini xüsusi diqqətə alan Ağdam təmsilçisi yeniyetmə uşaqların məşq şəraitinin yaxşılaşdırılması üçün belə qərara gəlib.
Bu məqsədlə artıq burada təmir-tikinti işlərinə start verilib.
Kompleksin futbol meydançasının örtüyü yenisi ilə əvəzlənəcək.
Bundan başqa iş otaqlarının təmir edilməsi də plandadır.
Xatırladaq ki, "Qarabağ" Futbol Akademiyasının U-14-dən U-19-a kimi yaş qrupları və əvəzedici komandası buranın xidmətindən istifadə edirdi.
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

