"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə - "Braqa" ilə səfər oyununda hesabı açıb.
Sportinfo.az xəbər verir ki, matçın 20-ci dəqiqəsində rəqibin futbolçusu Ağdam təmsilçisinin oyunçusu Elvin Cəfərquliyevə qarşı qaydanı pozub.
Baş hakim Morten Kroq isə bu epizod barədə penalti qərarı verib. 21-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.

