"Qarabağ” bu gecə Avropa Liqasının pley-off mərhələsində "Braqa” ilə ilk oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, Portuqaliya mətbuatı bu qarşılaşmaya kifayət qədər diqqət ayırıb.
Yerrli nüfuzlu idman qəzetlərindən sayılan "O Joqo”da "Qarabağ”la bağlı yazı təqdim olunub.
Geniş məqalədə Azərbaycan çempionunun işğaldan azad olunmuş Ağdam şəhərini təmsil etməsi və uzun illər qaçqın komanda statusu daşımasına rəğmən, böyük uğurlara imza atmasından söz açılıb, baş məşqçi Qurban Qurbanovun bununla bağlı fikirləri yer alıb.

