"Qarabağ" Portuqaliyada şanlı qələbə qazandı!

16 Fevral 2024 01:57 Qarabağ 1 070
"Qarabağ" Portuqaliyada şanlı qələbə qazandı!

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.

Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.

Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

00:00. "Braqa" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) 2:4

Qollar: Simon Banza, 45, Joao Moutinyo, 90+1-pen // Marko Yankoviç, 21 (pen), Abdullah Zubir, 54, 69, Juninyo, 67
Baş hakim: Morten Kroq (Danimarka).

Braqa, "Estadio Municipal de Braga".

"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 4. Siku Niakate, 9. Abel Ruis (k), 14. Alvaro Djalo, 15. Paulo Oliveyra, 16. Rodriqo Salasar, 18. Vitor Karvalyo, 23. Simon Bansa, 26. Kristian Borxa, 28. Joao Moutinyo.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 10. Şer Ndur, 11. Rocer Fernandes, 17. Yosafat Mendes, 20. Roni Lopes, 22. Pissi, 55. Çissumba, 59. Yan Said, 90. Djibril Sumare.
Baş məşqçi: Artur Jorje.
"Qarabağ": 99. Andrey Lunyov, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 44. Elvin Cəfərquliyev. 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 65. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti