“Qarabağ”ın legioneri gizlətmədi: "Güclü tərəfimiz...”

15 Fevral 2024 23:20 Qarabağ 984
“Qarabağ”ın legioneri gizlətmədi: "Güclü tərəfimiz...”

"Güclü tərəfimiz əks-hücumdur".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Julio Romao Portuqaliyada "Braqa”ya qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyun haqda deyib.

Braziliyalı yarımmüdafiəçi öz oyun üslublarından danışıb:

"Əks-hücumlarda çox oynayırıq, topa sahib olmağı da sevirik. Son vaxtlar Avropa Liqasında topa daha çox sahib olmağa və rəqibə təzyiq etməyə çalışırıq.

Çünki topa sahibliyi çox tez bərpa etməyə çalışırıq və onu ələ keçirərkən tez hücuma keçirik”.

O, səfərdə çıxış etmələrinə baxmayaraq, Bakıya sərfəli nəticə ilə qayıtmaq arzusunda olduqlarını söyləyib:

"Bu, təkcə mənim üçün deyil, Portuqaliyada vaxt keçirmiş digər oyunçular üçün əla gün olacaq.

"Braqa”nın güclü olduğunu bilirik. Son məğlubiyyətə baxmayaraq, onlar çox yaxşı komandadırlar, güclü heyəyə malikdirlər

Amma biz də uzun illər Avropa Liqasında oynamışıq və təcrübəmiz var. Hər iki komanda qələbə qazana bilər".

Bu gün keçiriləcək "Braqa” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti