“Qarabağ” növbəti sınaq qarşısındadır.
Ölkəmizin beynəlxalq arenalardakı yeganə və layiqli təmsilçisi Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə qarşılaşacaq.
Fevralın 15-də baş tutacaq ilk oyun səfərdə keçiriləcək ki, matçın startına saatlar qalmış rəqib komandanın düşərgəsinə və meydana çıxmayacaq futbolçuların adlarına nəzər salmağa dəyər.
“Qalatasaray”la “Fənərbağça”dan xatırladığımız Bruma “Braqa”nın cari avrokubok mövsümündə ən sərrast futbolçusudur.
29 yaşlı vinger 9 matçda 5 qol və 2 assistlə yadda qalıb. Sonuncu dəfə yanvarın 18-də meydana çıxan “7 nömrə” o gündən bu yana komandasının keçirdiyi 5 görüşün heç birində şans qazanmayıb. Səbəb dizindən aldığı zədədir.
Banza “Braqa”nın Primeradakı ən sərrast futbolçusudur. Çempionatda forma geyindiyi 15 görüşdə 14 qol və 3 məhsuldar ötürmə ilə fərqlənsə də, avrokuboklarda 9 qarşılaşmada 1 assistlə seçilib.
27 yaşlı hücumçu 2024-cü ildə “Braqa”nın formasını geyinməyib. Buna səbəb Konqo Demokratik Respublikasının heyətində Asiya Kubokunda iştirak etməsidir.
Düzdür, millisi oyunları fevralın 11-də başa vurub. Lakin Banzanın qısa müddətdə komandasına qoşulub “Qarabağ”a qarşı oynayacağı inandırıcı deyil.
Sol cinah müdafiəçisi Adrian Marin də təmsilçimizlə görüşün iştirakçısı oılmayacaq. Ötən ay zədələnən ispaniyalı futbolçunun sıraya qayıtması müəyyən zaman alacaq.
“Braqa” – “Qarabağ” dueli fevralın 15-dən 16-na keçən gecə saat 00.00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

