UEFA "Braqa" - "Qarabağ" oyununu danimarkalılara tapşırdı

13 Fevral 2024 13:20 Qarabağ 723
UEFA "Braqa" - "Qarabağ" oyununu danimarkalılara tapşırdı

Portuqaliyada "Braqa" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Morten Kroqa Vollenberq Rasmussen və Steffen Bramsen yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.

VAR-da niderlandlı Rob Dieperink, AVAR-da danimarkalı Yonas Hansen əyləşəcək.

Fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti