“Braqa”nın hücumçusu “Qarabağ”ı “fərqli komanda” adlandırdı

13 Fevral 2024 12:40 Qarabağ 1 086
“Braqa”nın hücumçusu “Qarabağ”ı “fərqli komanda” adlandırdı

“Qarabağ” fərqli komandadır”.

Sportinfo.az xəbər verir ki, bunu “Braqa”nın futbolçusu Rikardo Horta Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri Azərbaycan çempionu barədə danışarkən deyib.

29 yaşlı hücumçu Portuqaliya çempionatında “Sportinq”ə böyükhesablı (0:5) məğlubiyyətə baxmayaraq, avrokuboklarda ab-havanın fərqli olduğunu bildirib:

“Hər oyunun öz tarixçəsi var. İndi üzərimizə düşən “Sportinq”lə matçdakı səhvlərdən nəticə çıxarmaq və “Qarabağ”la görüşə köklənməkdir.

Rəqibi təhlil edirik. Cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq istəyirik”.

Fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti