“Qalatasaray” “Qarabağ”ın 16 yaşlı futbolçusu Nihat İskəndərovu heyətinə qata bilər.
Sportinfo.az xəbər verir ki, oyunçu artıq İstanbul klubunun düşərgəsində olub.
O, bir müddət Türkiyə nəhənginin bazasında məşqlər edib. Futbolçu ilə bağlı yekun qərar isə hələ verilməyib.
“Qarabağ”ın əsas komandasının futbolçusu Toral Bayramov da “Qalatasaray”ın maraq dairəsindədir.

