"Qarabağ" "Bizim gələcəyimiz”də qrup lideri oldu, 1/4 finala yüksəldi

9 Fevral 2024 02:30 Qarabağ 540
"Qarabağ" "Bizim gələcəyimiz”də qrup lideri oldu, 1/4 finala yüksəldi

"Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan "Bizim gələcəyimiz” turnirində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu kollektiv beynəlxalq turnir qrup mərhələsində son matçına çıxıb.

Təmsilçimiz üçüncü turda Belarus təmsilçisi BATE ilə görüşüb. Oyun 1:1 hesabı ilə başa çatıb. "Qarabağ”ın qoluna 25-ci dəqiqədə Murad İbrahimli imza atıb.

İlk iki turda Rusiya təmsilçiləri "Zvezda” və "Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edən komanda qrup mərhələsini yeddi xalla başa vurub.

"Qarabağ” B qrupunda birinci yeri tutub. U-15 bununla da 1/4 finala yüksəlib. Növbəti mərhələnin matçları bu gün keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti