Azərbaycanda "Qarabağ"a da 4 qol vuran olarmış… VİDEO

9 Fevral 2024 00:40 Qarabağ 444
Azərbaycanda "Qarabağ"a da 4 qol vuran olarmış… VİDEO

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Qarabağ" "Sabah"la üz-üzə gəlib.

Qarşılaşma paytaxt təmsilçisinin 4:3 hesablı qələbəsi ilə bitib. "Bayquşlar"da 5-ci dəqiqədə Kristian da Silva, 27-ci dəqiqədə Jarl Marqarita, 58-ci və 69-cu dəqiqədə (penaltidən) İshak Belfodil fərqlənib.

"Köhlən atlar"ın qollarını 30-cu dəqiqədə Hamidu Keyta, 61-ci dəqiqədə Adama Diakabi vurublar. 74-cü dəqiqədə isə Maruan Hadudi avtoqol müəllifi olub.

76-cı dəqiqədə Riçar Aymeyda birbaşa qırmızı vərəqə alaraq meydan sahiblərini azlıqda qoyub.

İlk görüşdə 7:1 hesablı qələbəyə sevinən "Qarabağ" yarımfinala vəsiqə qazanıb. Komanda bu raundda "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə görüşəcək.

Daha əvvəl "Zirə" yarımfinala vəsiqəni təmin edib. 1/4 finalın digər cavab oyunları fevralın 9-da reallaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti