
Premyer Liqada ən yaxın rəqibini 16 xal qabaqlayaraq növbəti çempionluğa doğru iri addımlarla irəliləyən "Qarabağ"da bu gün hər kəs Avropa Liqasının pley-off mərhələsinə köklənib.
"Köhlən atlar" bu mərhələdə Portuqaliya təmsilçisi "Braqa" ilə üz-üzə gələcək.
Güclü rəqiblə oyunlar öncəsi futbol ictimaiyyətini qayğılandıran məsələlərdən biri də təmsilçimizin bu matça ciddi itkilərlə çıxacağıdır.
Söhbət Marko Veşoviç və Kevin Medinadan gedir.
Monteneqrolu cəzalı duruma düşdüyü üçün 15 fevral keçiriləcək səfər oyununu buraxası olacaq.
Təcrübəli cinah müdafiəçisi ən yaxşı halda cavab oyununda meydanda olacaq.
Medina isə uzunmüddətli zədədən sonra hələ bərpa prosesi keçir. Onun Portuqaliyadakı görüşü buraxacağı dəqiqdir.
Bəs cavab oyunu necə? Müdafiənin dirəyin Bakıdakı qarşılaşmada meydanda görə bilərikmi?
30 yaşlı legioner son durumu ilə bağlı saytımıza bunları deyib:
"Ümid heç vaxt ölmür. Eyni zamanda mən də ümidimi hər zaman saxlayıram. Hər şey Allahdan asılıdır.
Necə olacağını bilmirəm. Gedişatdan asılıdır.
Mən həmin oyunda meydanda olmağı çox istəyirəm. Bunun üçün çox çalışıram ki, meydana qayıdım".
XANOĞLAN / SPORTİNFO.AZ