"Qarabağ"ın direktoru transfer bazarındakı son durumu AÇIQLADI

8 Fevral 2024 10:40 Qarabağ 1 246
"Qarabağ"ın direktoru transfer bazarındakı son durumu AÇIQLADI

«Bizim üçün transfer məsələlərinin bağlandığını artıq deyə bilərik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın baş direktoru Əmrah Çəlikəl deyib.

Uzun illərdir Ağdam klubunu idarə edən təcrübəli funksioner mövsümün sonunadək yeni oyunçu almayacaqlarını bildirib.

O qeyd edib ki, «Sabah»dan Aleksey İsayevin keçidinin ardınca bir neçə dəfə cəhd göstərsələr də, danışıqlar aparılan legionerlərin Azərbaycana gəlişini təin eləmək mümkün olmayıb:

«İki transfer gündəmimizdə idi. Çox salışsaq da, bu iş alınmadı.

Çətin ki, qarşıdakı həftə və aylarda belə birisi qarşımıza çıxsın. Böyük ehtimalla, sezonu hazırkı heyətlə qapadacağıq.

Amma təbii ki, baş məşqçimiz ona qədər istədiyi futbolçunu taparsa, yenə addım atacağıq.

Bu məsələlərdə səlahiyyət Qurban Qurbanovdadır. O, necə deyəcəksə, elə də olacaq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti