"Qarabağ"ın oyunçusu bu sualı dinlədi "xeyr, qətiyyən!" söylədi

8 Fevral 2024 19:00 Qarabağ 799
"Qarabağ"ın oyunçusu bu sualı dinlədi "xeyr, qətiyyən!" söylədi

«Baş məşqçimiz rotasiyalar etməyə məcburdur və bunun üçün heyət geniş olmalıdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın fransalı legioneri Yassin Benzia deyib.

Ağdam komandasında yarımmüdafiənin mərkəzində çox ciddi rəqabət var. Marko Yankoviç, Julio Romao, Patrik Andrade, Aleksey İsayev, Riçard Almeyda və Benzia.

Bu məqam Yassində gələcəkdə ehtiyatda qalmaqla bağlı narahatlıq yaratmır ki? Onu dinləyək:

«Xeyr, qətiyyən! Əksinə, məni sevindirir. Oyunlarımız çoxdur, üç cəbhədə mübarizə aparırıq.

Hər oyunda 90 dəqiqə oynamaq olmur. Rəqabətin olması hər birimiz üçün yaxşıdır.

Kimsə zədələnir, yaxud cəzalı duruma düşür, belədə, digərləri də özünü göstərmək fürsəti əldə edir».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti