“Avropa Liqasındakı oyunlarımız bir xəyal idi“.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın hücumçusu Juninyoya aiddir.
Braziliyalı legioner Avropa Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi “Braqa”ya qarşı keçirəcəkləri oyunlar haqda bunları söyləyib:
“Bu, əvvəllər yaşadıqlarımdan tamamilə fərqli hislər idi. Mənim üçün inanılmaz təcrübə oldu.
Biz bilirik ki, Avropada asan matç yoxdur. “Braqa” ilə görüşlər nə bizim üçün asan olacaq, nə də rəqib üçün.
“Braqa” yaxşı oynamağı bacaran əla komandadır. Lakin indi biz onları düşünmürük, oyundan-oyuna irəliləmək istəyirik”.
“Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü fevralın 22-də Bakıda olacaq.

