“Qarabağ”lı cərimə zərbəsindən möhtəşəm qol vurdu, rus şərhçi mat qaldı - VİDEO

8 Fevral 2024 02:20 Qarabağ 778
“Qarabağ”lı cərimə zərbəsindən möhtəşəm qol vurdu, rus şərhçi mat qaldı - VİDEO

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Zvezda”sı ilə görüşüb.

B qrupunda yer alan komanda bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. 9-cu dəqiqədə Əli Bəşirov hesabı açıb.

Bu qoldan 4 dəqiqə sonra qapıçı Bilal Hacıyev penaltini dəf edərək rəqibin hesaba tarazlıq gətirməsinə imkan verməyib. Murad İbrahimovun 21-ci dəqiqədə fərqlənməsi ilə “Qarabağ”ın üstünlüyü iki topa çatıb.

Komanda qrupdakı digər iki matçını bu gün keçirəcək. “Qarabağ” öncə “Olimpik”, ardınca BATE ilə qarşılaşacaq.

Oyunda ilk qolun müəllifi olan Əli Bəşirovun vurduğu gözəl qolu xüsusi qeyd etmək olar.

Bu qol barədə matçın rusiyalı şərhçisi də müsbət sözlər deyib. O, bir neçə dəfə bunu “əla qol” adlandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti