“Qarabağ“da qollar vururam, çünki baş məşqçinin ideyalarına uyğunam“

7 Fevral 2024 17:20 Qarabağ 1 690
“Qarabağ“da qollar vururam, çünki baş məşqçinin ideyalarına uyğunam“

“Qarabağ”ın hücumçusu Juninyo Portuqaliyanın ojogo.pt saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı braziliyalı forvard Qurban Qurbanovun ideyalarına uyğun gəldiyini deyib.

Legioner özünü bu komandada tamamlanmış hiss etdiyini vurğulayıb:

“Qollar vururam, çünki komandaya və baş məşqçinin ideyalarına uyğunam. Hər şey bu əlaqədən irəli gəlir.

Qısa müddətdir ki, bu ölkədəyəm. Amma ölkəyə tez uyğunlaşdım.

Riçard Almeydanın uzun illərdir, burada olması işimi asanlaşdırdı. İlk vaxtlarda mənim üçün asan olmadı.

Başqalarını başa düşməkdə çətinlik çəkirdim. Dil və mədəniyyətlər fərqlidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti