"Qarabağ" qarşısında YENİ ŞƏRT - 500 min dollarlıq transferi "Braqa" önündə oynatması üçün

7 Fevral 2024 22:20 Qarabağ 7 559
"Qarabağ" qarşısında YENİ ŞƏRT - 500 min dollarlıq transferi "Braqa" önündə oynatması üçün

"Sabah"ın Aleksey İsayevə görə "Qarabağ"dan 500 min dollar almasını xəbər vermişdik.

Hətta tərəflər arasındakı anlaşmaya görə yarımmüdafiəçi kubok matçlarında sabiq komandasına qarşı oyunlarda meydana çıxa bilməz.

Bu transferlə bağlı daha bir informasıya əldə etmişik.

Belə ki, Masazır klubu göstərilən məbləğdən əlavə qazanca da əldə edə bilər.

Belə ki, tərəflər arasında olan razılaşmaya görə, əgər İsayev avrokuboklarda "Qarabağ"ın heyətində meydana çıxarsa, buna görə də Ağdam təmsilçisi qarşı tərəfə müəyyən məbləğ ödəməli olacaq.

Bilirik ki, baş məşqçi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Braqa" ilə oyun üçün İsayevi də sifariş ərizəsinə əlavə etdirib.

Deməli, portuqaliyalılarla matçda "24 nömrə"ni meydanda görə bilərik.

Bu isə o deməkdir ki, "Qarabağ" forması ilə daxili yarışlarda debut etmiş 28 yaşlı yarımmüdafiəçinin Avropa arenasındakı debutu da çox uzaqda deyil.

Bunun baş verəcəyi halda isə "köhlən atlar" "Sabah"ın büdcəsini bir qədər də zənginləşdirmiş olacaq.

Xatırladaq ki, Aleksey İsayev qış fasiləsində "Sabah"ı "Qarabağ"a dəyişib.

Milli komandamızın üzvü ilə 3 illik müqavilə imzalanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti