“Qalatasaray”ın prezidenti “Qarabağ”la bağlı XÜSUSİ TAPŞIRIQ verdi

7 Fevral 2024 09:40 Qarabağ 3 471
“Qalatasaray”ın prezidenti “Qarabağ”la bağlı XÜSUSİ TAPŞIRIQ verdi

“Bu, birbaşa klub prezidenti Dursun Özbek tərəfindən verilmiş təlimatdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qalatasaray”ın idman direktoru Cenk Ergün deyib.

Bugünlərdə Azərbaycana səfər edən İstanbul təmsilçisinin rəsmisi “Qarabağ”dan olan həmkarları ilə görüşüb.

Klubların işbirliyində əsas komandalar arasında futbolçu mübadiləsi kimi plan var?

Gələcəkdə “Qarabağ”dan kiminsə “Qalatasaray”da oynaması, ya da oradakı futbolçuların əks marşrut üzrə hərəkət etməsi kimi.

C.Ergün suala cavabında bunu söyləyib:

“Hər şey ola bilər. Aşağı yaş qruplardan ibarət komandalarımızın, akademiyalarımızın necə əməkdaşlıq edə biləcəyi mövzuda da müzakirələrimiz gedir.

Biz də bu təlimatın əsasında münasibətləri möhkəmləndirmək, əlaqələri genişləndirmək istəyirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti