“Qarabağ” “Braqa” ilə oyunöncəsi sonuncu çempionat matçını da qələbəylə başa vurdu.
“ASCO Arena”da “Səbail”in qonağı olan “köhlən atlar” çətinliklə də olsa 2:1 hesablı qələbəyə sevindi.
Hakimin final fitindən sonra Ağdam təmsilçisini dəstəkləmək üçün stadiona təşrif buyuran iki azarkeş qrupu – “İmarət”lə “Qarabağ Ordu”nun üzvləri tribunanın önünə səslədi.
Lakin həmin vaxt futbolçuların bir çoxu tələsik paltardəyişmə otağının yolunu tutmuşdu. Əsas heyətdə meydana çıxanlardan Toral Bayramovla Nəriman Axundzadə qalmışdı ki, fanatlar məhz onları çağırdı.
Hər ikisi tribunaların önünə gedib bir müddət onlarla söhbət etdi. Aralarında hansı dialoqun yaşandığını müəyyən edə bilməsək də, söhbət bir xeyli çəkdi.
Oyuna sonradan qoşulanlar isə meydanın bir küncündə məşq edirdi. Nədənsə onlar azarkeş qruplarına yaxınlaşmağı lazım bilmədi.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

