2011-ci ildə “Qarabağ”a gəldi, illər sonra "250"yə çatdı

6 Fevral 2024 22:40 Qarabağ 674
2011-ci ildə “Qarabağ”a gəldi, illər sonra "250"yə çatdı

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, onun yubiley matçı Premyer Liqanın 21-ci turunda baş tutub.33 yaşlı müdafiəçi “Səbail”lə səfər qarşılaşmasında meydana çıxıb.

Bədavi 250 görüşdə 4 qola imza atıb.

O, Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. Hüseynov bütün qollarını Ağdam klubunda vurub.

Bədavi Azərbaycan çempionatında 2011/12 mövsümündə debüt edib. “Sumqayıt”ın müdafiəçisi 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) debüt edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti